Yeniyetmələrin Olimpiya Oyunlarında 2 qızıl, 1 gümüş

09.11.2026

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan idmançısı Nihad Süleymanlı Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının çimərlik güləşi yarışlarında gümüş medal qazanıb.

80 kiloqram çəkidə mübarizə aparan idmançımız finalda Marquette Diopa məğlub olub.

55 kiloqram çəki dərəcəsində mübarizə aparan digər təmsilçimiz Günel Kərimli qrup mərhələsində latviyalı Anastasiya Yakovlevanı, qvineyalı Mariama Fula Kabanı və mərakeşli Rana Lahssinini məğlub edərək yarımfinala yüksəlib. Finala vəsiqə uğrunda görüşdə seneqallı Elizabet Diattaya uduzan idmançımız bürünc medal uğrunda qarşılaşmada da məğlub olaraq Oyunları 5-ci pillədə başa vurub.

70 kiloqram çəki dərəcəsində çıxış edən Tunar Quliyev A qrupunda keçirdiyi ilk görüşdə Yeni Zelandiya təmsilçisi Vairangi Sarcentə, ikinci qarşılaşmada isə anqolalı Diasivi Reanatoya qalib gəlib. Güləşçimizin qrup mərhələsində sonuncu rəqibi Puerto-Riko təmsilçisi Joab Cabril Karilyo Rodriges olub.

90 kiloqram çəki dərəcəsində mübarizə aparan digər idmançımız Elgün Kərimli isə B qrupunda əvvəlcə Moldova təmsilçisi Artiom Kakeanı, ardınca Mərakeşdən olan Nour Qannamı məğlub edib. Tunar Quliyev son görüşünü də qələbə ilə başa vuraraq yarışın qızıl medalını qazanıb.

Xatırladaq ki, oyunların ilk günündə Azərbaycan cüdoçusu İbrahim Talıbov (55 kq) komandamıza Dakar–2026-nın ilk qızıl medalını qazandırmışdı.

Qabil YUSİFOĞLU
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью