Yeniyetməni döyüb komaya saldılar: Əmisi nələri açıqladı? VİDEO

18.09.2026

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

Lənkəranın Kərgəlan kəndində 16 yaşlı Emil İbadovun döyülməsi faktı ilə bağlı bəzi detallar məlum olub.

Moderator.az Baku TV-yə istinadən xəbər verir ki, Emil İbadovun əmisi yeniyetmənin vəziyyətinin ağır olduğunu bildirib:

"Atam zəng vurdu ki, uşağı vurub, beynini yarıblar, reanimasiyadadır. 10-15 dəqiqəyə özümü çatdırdım. Həkimlər süni nəfəs veriblər. Vəziyyəti çox ağırdır".

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью