Yeniyetməni zorlamaq istəyən azərbaycanlı saxlanıldı

09.04.2025

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Rusiyada azərbaycanlı zorlamaya cəhddə şübhəli bilinir.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Saratov vilayəti Sadovaya küçəsində, Privoz bazarının yaxınlığında baş verib.

Kişi 16 yaşlı qıza təcavüz etmək istəsə də, müqavimətlə üzləşib. Zərərçəkmiş daha sonra polisə müraciət edib. Cinayəti törətməkdə şübhəli bilinən 38 yaşlı Mais İbrahimov saxlanılıb və faktla bağlı cinayət işi açılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью