Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Oktyabrın 8-də saat 12 radələrində Gəncə şəhəri, Mahrasa bağı 94 ünvanında 2009-cu il təvəllüdlü C.Vəliyevin (şərti) ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Gəncə şəhər prokurorluğundan "Unikal"a bildirilib ki, araşdırma zamanı 2007-ci il təvəllüdlü B.Zamanovun (şərti) bıçaqla xəsarətlər yetirməklə C.Vəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
B.Zamanov könüllü gələrək polisə təslim olub və şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir. Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən akt