“Yəqin ki, bundan sonra üç həftə də oynamayacam” kapitan 1:4 ü necə izah etdi?

02.04.2025

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

28-ci turun açılış matçında “Qarabağ” “Turan Tovuz”dan əvvəlki məğlubiyyətlərin əvəzini çıxdı. 4:1 – bu hesaba nə deyəsən...

“Football-plus.az” qərb təmsilçisinin kapitanı Şəhriyar Əliyevdən acı məğlubiyyətin səbəblərini soruşub:

“Qarabağ” elə komandadı ki, kiçik səhvləri bağışlamır. Oyun başlayanda da yüksək təzyiqlə hücumlar edirdilər. Rəqibi yaxşı təhlil etmişdik. Boşluq verməməyə çalışdıq. Hesab 2:1 olana kimi ikinci qolu vura bilərdik. Əks-hücumlarda qolları buraxdıq. Bu da onu göstərir ki, həqiqətən də kiçik səhvlər bağışlanmır. Bu oyunu unudub, qarşıdakı oyunlara köklənməliyik”.

Kapitandan nə vaxt yaşıl meydana dönəcəyini də soruşduq:

“Tam sağalmamışam. Zədəm çox ciddidi. Yəqin ki, bundan sonra üç həftə də oynamayacam. Həkimlər belə deyir”.

MÜZƏFFƏR QULUZADƏ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью