“Yəqin ki, iki üç ay Gəncədə oynayarıq” “Xəmsə” eşitdiyinə inanmır

09.10.2025

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hər şey ona doğru aparır ki, “Kəpəz” cari mövsümdə də doğma azarkeşləri qarşısında çıxış edə bilməyəcək. Bu isə komandanın elitada qalmaq şansını bir qədər də azaldır.

Bəs gəncəlilərin əsas fanklubu “Xəmsə” bu haqda nə düşünür? “Xəmsə”nin rəhbərlərindən Müfviq Məmmədovun “Football-plus.az”a açıqlaması:

“O açıqlamanı görmüşəm. Düşünürəm ki, orda anlaşmazlıq olub. Mart-aprelə qədər meydançanın tam hazır olmasını gözləyirik. Bizə elə deyiblər. Açıqlamada ilin axırına kimi deyilib, mövsümün yox. Yəqin ki, iki-üç ay Gəncədə oynayarıq”.

MÜZƏFFƏR QULUZADƏ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью