“Yəqin ki, “Qarabağ”dan xal almaq son oyuna qaldı” | Icma.az
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır. “Maraqlı oyun alındı. Birinci hissə qollarla başladı.
İkinci hissədə rəqibin daha çox təzyiq edəcəyini bilirdik. Cüzi səhv etdik, rəqib bizi əks-hücumda tutdu.
Təəssüflənirik ki, xal qazana bilmədik”. QOL.az sportal.az saytına istinadən xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbas
O, bu gün “Qarabağ”a uduzduqları (2:3) Misli Premyer Liqasının 19-cu turunun matçından sonra təşkil olunan mətbuat konfransında bildirib.
O, oyun baxımından futbolçulardan razı qaldığını söyləyib: - Bəzi futbolçular tam hazır deyil.
Amma onlar da, yeni gələnlər də çempionatımızı hiss etdi. Leroy Mikelsin yoxluğu oyunumuza təsir etdi.
Mövsümün sonuna qədər maraqlı oyunlar olacaq. Komandadan 8 futbolçu ayrıldı. Onların yerini doldurmalıydıq.
Qışa qədər bir çox oyunlarda əziyyət çəkdik. Gedən futbolçuların yerlərini doldurduq. Üç yerli, dörd əcnəbi oyunçu gətirdik.
Tam oxu
Xəbəri oxu