“Yəqin ki, Qarabağın Azərbaycan üçün hansı adı kəsb etdiyini bilirlər” Qurban Qurbanov

28.01.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“17 ildir bu komandadayam və bu klubun qarşısına qoyduğu məqsəd var”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının liqa mərhələsinin 8-ci turunda “Liverpul”la keçiriləcək qarşılaşmadan öncə baş tutan mətbuat konfransı zamanı söyləyib.

“Bu komandanın adı “Qarabağ”dır və Qarabağın Azərbaycan üçün hansı adı kəsb etdiyini, yəqin ki, bilirlər. Odur ki, komandada rəhbərlikdən tutmuş, sıravi işçiyə kimi hamı məsuliyyətlə çalışır. Uzun illər futbolçu olduğuma görə, mənim üçün daha asan oldu. Ona görə də belə işgüzarlıqla qarşımıza daha çox tələb qoyub kiçik uğurlara imza atmışıq. Çempionlar Liqasının qrup mərhələsində iştirak etmək isə bizim üçün sevindirici haldır. Allahın köməyi ilə bu uğurlara imza atmışıq”, – deyə baş məşqçi vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью