Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yığmanın baş məşqçisi Fernando Santuş dünənki mətbuat konfrasında həmkarlarımızdan birinin “Haiti ilə oyundan sonra mətbuat konfransında onu da demişdiz ki, oyunçularım məğlub olmağa çıxmışdı. İndi də o fikirdəsiz, yoxsa emosiyalara qapılıb elə fikir səsləndirdiz” sualına belə cavab verdi: “Mən elə söz deməmişəm”.
Biz isə bu anlaşılmazlıqla bağlı AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elnur Məmmədlinin fikrini öyrəndik:
“Yəqin ki, tərcümə zamanı səhv anlaşılma olub”.
MÜZƏFFƏR QULUZADƏ