Yəqin Kreml başa düşür ki, Trampla zarafat etmək olmaz Stubb

30.04.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Ukrayna danışıqlarında Rusiya ilə səbri tükənir.

Axar.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb “Nyu York Tayms”a müsahibəsində deyib.

“Biz artıq Trampdan Vladimir Putinə və Rusiyaya qarşı kifayət qədər sərt bəyanatlar görmüşük. Yəqin Kreml başa düşür ki, Trampla zarafat etməyə dəyməz”, - Stubb bildirib.

Onun sözlərinə görə, Putinə təzyiqi artırılmalıdır, çünki onun başa düşdüyü təkcə gücdür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью