Yeqor Kridin Lamborghini sinə taksi çırpıldı

03.04.2025

Icma.az, Baku.ws saytına istinadən bildirir.

Moskvada iki premium avtomobil qəzaya uğrayıb.

BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, Miçurinski prospektində dəyəri təxminən 30 milyon rubl (təqribən 610 min AZN) olan "Ferrari" nin sürücüsü işıqforun qırmızı işığında keçmək qərarına gəlib. Maşın bu zaman "Audi" markalı avtomobilə çırpılıb və dirəyə dəyib. Sportkarın bütün ön hissəsi zədələnib. Qapılar çətinliklə açılır. Audi avtomobilinə də ciddi ziyan dəyib. Çox güman ki, avtomobili bərpa etmək mümkün olmayacaq.

Lesnaya küçəsində isə taksi sürücüsü Lamborghini Urus markalı avtomobilə çırpılıb. Daha sonra məlum olub ki, maşın yerli müğənni Yeqor Kredə məxsusdur. İdman avtomobili işıqforda dayanıb. Və bu zaman taksi sürücüsü maşının arxasına çırpılıb. Zərbə o qədər güclü olub ki, qapı deformasiyaya uğradığından sürücü maşından düşə bilməyib. Hər iki qəzada xəsarət alan olmayıb.

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью