Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir. "Kəpəz"in kapitanı Yeqor Xvalko apasport.az saytına müsahibə verib.
- "Kəpəz" son turda "Səbail"lə görüşdə qələbə qazandı. Həmin oyunu necə dəyərləndirirsən?
- Meydanda planlaşdırdığımızı yerinə yetirə bilmədik. Ən əsası nəticə əldə etdik. Hamı bunu başa düşür. Turnir cədvəli hər şeyi göstərirdi.
Ona görə də çox vacib oyun oldu. Qalib gəldiyimiz üçün xoşbəxtəm. - Bu qələbənizin ardından sonra "Səbail"in baş məşqçisi istefaya getdi.
Çünki onların da işi heç də yaxşı getmirdi. Bu haqda nə deyəcəksən? - “Səbail”də baş verənlər məni maraqlandırmır.
Onların heyəti ötən mövsümlə müqayisədə dəyişib. Məncə, bunun da təsiri olub. - Bu qələbə sayəsində "Səbail"lə xal fərqini 1-ə endirdiniz.
Səncə, onları keçmək mümkün olacaq, yoxsa çətin görünür? - Bəli, xal fərqini azaltmağımız bizi sevindirir.
Artıq üçüncü mövsümümü komanda ilə keçirirəm və hər il mövsümə yaxşı başlamırıq.