Yeqor Xvalko: Klub bunu istəyirsə, heç bir problem yoxdur

26.05.2025

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Kəpəz"in kapitanı Yeqor Xvalko apasport.az saytına müsahibə verib. 

- "Kəpəz" son turda "Turan Tovuz"a 0:4 hesabı ilə uduzdu. Bu görüşdəki məğlubiyyəti nə ilə əlaqələndirirsən?
- İlk qoldan öncə Rauf Hüseynlinin qol vurnaq üçün gözəl epizodu var idi. Amma bundan yararlana bilmədik. Sonradan isə sanki komandada dağınıqlıq oldu. 

- Maraqlıdır ki, birinci hissədə 4 qol buraxdınız, amma ikinci yarıda qapınızda top görmədiniz. Fasilədə nə baş verdi?
- Hamı fasilədə sakit idi. Baş məşqçi bildirdi ki, başımızı yuxarı qaldıraq. Çətin anlar olur. Bildirdi ki, əsas odur sona qədər mübarizə aparın. Futbol sizi mükafatlandıracaq. Biz də onu etdik. 

- Bu il "Turan Tovuz"u 5:2 məğlub etmişdiniz. Ola bilər ki, rəqib sizinlə görüşə yüksək motivasiya ilə çıxmışdı? Revanş üçün... 
- Onların meydana necə çıxdığını bilmirəm. Amma bizim də motivasiyamız yüksək idi. Mövsümü qələbə ilə başa vurmaq istəyirdik. Məğlubiyyətdə özümüz günahkarıq. Çünki çox sayda səhvlər buraxdıq. 

- Azər Bağırov bu görüşdən sonra istefa verdi. Lakin istefa verəcəyi artıq oyunun startından bəlli idi. Bu haqda məlumatınız var idi? Bilirdiz ki, Azər Bağırov komandadan gedəcək?
- Bəli, oyundan əvvəl bu haqda xəbərdar idik. Baş məşqçimiz üçün son oyun olduğunu bilirdik. Buna görə də, komandada emosional fon yaxşı deyildi. 

- Artıq uzun müddətdir ki, "Kəpəz"dəsən. Hər dəfə "Kəpəz"də belə olur. Çox sayda baş məşqçi dəyişikliyinə şahidlik etmişik. Səncə nəyə görə belə hallar yaşanır? "Kəpəz"in problemi baş məşqçi məsələsidir?
- Məğlub olanda və ya tapşırığı yerinə yetirməyəndə istefalar olur. Amma bu dəfə mövsümün tapşırığını yerinə yetirmişik. Baş məşqçi ilə yolların ayrılmasının təfərrüatlarını bilmirəm.

- Maraqlıdır, yeni mövsüm səni "Kəpəz"də görəcəyik? Klub sənə yeni müqavilə təklif edib? Özün "Kəpəz"də qalmaq istəyirsən? Mətbuatda yazılanlara inansaq, "Kəpəz" səninlə yollarını ayıracaq...
- Bəli, danışıqlar olub. Amma konkret bir şey yoxdur. Əgər klub bunu istəyirsə, heç bir problem yoxdur, əşyalarımı yığıb gedərəm. 

- "Kəpəz"in yeni sponsoru var və yeni mövsümdən klubun daha yüksək büdcəsi olacaq. Klubun yeni stadionu da inşa edilir. "Kəpəz"in perspektivini necə görürsən, belə iddialı komandada qalmağın mümkündür? 
- "Kəpəz"in 2-3 ildən sonra avrokuboklar uğrunda mübarizə aparacağına inanıram. Ümidvaram ki, hər şey yaxşı alınacaq. 

- Misli Premyer Liqasında başqa klubda oynamaq variantın var?
- Xeyr, digər klublardan təklif almamışam.

FIFA-nın dəstəyi ilə Bakıda kütləvi futbol festivalı keçirilib Sabiq "Neftçi"li Birinci Liqa klubunda Millimiz 1/8 finalda son dünya çempionu ilə qarşılaşacaq I Liqada pley-offun nominal meydan sahibi müəyyənləşib "Turan Tovuz”un futbolçusu üçün əlamətdar görüş
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью