Yer kürəsində geomaqnit pozuntuları gözlənilir

26.10.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Günəşdə baş verən proseslər səbəbindən oktyabrın 29-30-da Yer kürəsində geomaqnit pozuntuları yarana bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Alimlərin məlumatına görə, oktyabrın 28-dən etibarən Yer kürəsinin növbəti tac dəliyinin təsir zonasına daxil olması gözlənilir. Bu səbəbdən cümə axşamı və cümə günləri geomaqnit aktivliyində yeni dalğanın baş verə biləcəyi bildirilir.

Bununla belə, hazırda tammiqyaslı maqnit fırtınası həddinin aşılması ehtimalı aşağı qiymətləndirilir.

Laboratoriyanın məlumatında qeyd olunub ki, ötən həftəsonu geomaqnit şəraiti tamamilə sakitləşib. Hazırda Günəşdə partlayış aktivliyi zəifdir və müşahidə olunan bir neçə yeni aktiv bölgədə hətta günəş ləkələri də yoxdur. 

Alimlər yaxın günlərdə həmin aktiv bölgələrin yoxa çıxa və Günəşdə partlayış aktivliyinin tamamilə dayanacağı ehtimalını da istisna etmirlər.

Murad İsmayıl

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью