Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Təxminən bir saat əvvəl qlobal maqnit rəsədxanaları şəbəkələri planetar miqyaslı geomaqnit fırtınası qeydə alıb”
Yer kürəsində gözlənilməz maqnit fırtınası başlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının (RAS) Kosmik Tədqiqatlar İnstitutunun (IKI) Günəş Astronomiya Laboratoriyası məlumat yayıb.
"Bir neçə saat əvvəl qlobal maqnit rəsədxanaları şəbəkələri planetar miqyaslı geomaqnit fırtınası qeydə alıb. Moskva vaxtı ilə təxminən saat 9:00-da fırtınanın amplitudası G1 olub, yəni zəif olub", - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, bir gün əvvəl geomaqnit şəraitinin pisləşməsi gözlənilirdi. Lakin kosmik hava şəraitindəki dəyişikliklərin yüngül pozuntular səviyyəsində qalacağı ehtimal olunurdu.
Alimlər həmçinin qeyd ediblər ki, avqust ayı bu baxımdan kifayət qədər aktiv bir ay kimi görünür və 18 gün ərzində üçüncü maqnit fırtınası baş verir.