Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Noyabrın 18-də Günəş küləyinin təsiri və Günəşdə baş verən proseslər fonunda Yer kürəsində geomaqnit aktivliyi artıb.
Bizim.Media xəbər verir ki, monitorinq məlumatlarına əsasən, geomaqnit indeksinin Kp göstəricisi maqnit qasırğası səviyyəsinə yaxınlaşıb. Maqnit sahəsindəki dəyişikliklərin noyabrın 19-da da davam edə biləcəyi bildirilir.
Mütəxəssislərin məlumatına görə, geomaqnit aktivliyinin artmasına Günəşdəki tac dəliyi ilə əlaqəli yüksək sürətli Günəş küləyi axınları səbəb olub. Bundan əlavə, tac kütləsinin atılması nəticəsində yaranan təsirlərin də prosesə təsir göstərə biləcəyi istisna edilmir.
Meteoagent və Britaniya Geoloji Xidmətinin mütəxəssisləri daha əvvəl geomaqnit pozuntuları ehtimalı ilə bağlı xəbərdarlıq ediblər.
Proqnozlara əsasən, Kp indeksinin 5-ə yaxınlaşacağı gözlənilirdi. Bu göstərici G1 səviyyəli zəif maqnit qasırğasına uyğundur. Bununla belə, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) monitorinq məlumatlarında geomaqnit indeksinin 4-ə yüksəldiyi qeydə alınıb. Alimlər bildirirlər ki, indeksin 4-ə yüksəlməsi hələ maqnit qasırğası demək deyil. Qasırğa səviyyəsi Kp indeksinin 5-ə çatmasından başlayır.
İlkin qiymətləndirmələrə görə, geomaqnit pozuntuları noyabrın 19-da da davam edə bilər. Onların intensivliyi Günəşdəki aktivliyin sonrakı gedişindən asılı olacaq.
Bizim.Media