Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 27 may, AZƏRTAC Beynəlxalq paleokimyaçılar qrupu Yer kürəsi tarixində yaşamış ən böyük yırtıcı balıqlar olan meqalodon köpəkbalıqlarının dişlərinin izotop tərkibini araşdıraraq onların yalnız iri balinalarla deyil, həm də faktiki olaraq istənilən ölçülü canlı ilə qidalandıqlarına dair sübutlar aşkarlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın Frankfurt Universitetinin mətbuat xidməti məlumat yayıb.“Bizim apardığımız analiz meqalodonların yalnız iri dəniz məməlilərini ovladığına dair köhnə nəzəriyyələri şübhə altına alır.
Görünür, bu köpəkbalıqları hər şey yeyən yırtıcılar olub, onlar yerli ekoloji şəraitə çevik şəkildə uyğunlaşaraq lazım gəldikdə qidalanma zəncirinin aşağı səviyyələrindəki canlılarla da qidalanıblar”, – deyə Frankfurt Universitetinin elmi əməkdaşı Ceremi Makkormik bildirib.Bu nəticəyə alimlər miosen dövrünün əvvəllərində, hazırkı buzlaşma dövründən öncəki dövrdə dəniz ekosistemlərinin quruluşunu öyrənməyə həsr olunmuş genişmiqyaslı layihə çərçivəsində gəliblər.
Bu məqsədlə tədqiqatçılar həmin dövrə aid çox sayda daşlaşmış diş və sümük nümunələri toplayaraq sinkin iki izotopunun, yəni sink-64 və sink-66-nın miqdarını ölçüblər.Alimlərin bu iki izotopa marağı onunla izah olunur ki, onurğalıların orqanizmi sink-66 izotopunu sink-64-ə nisbətən daha az mənimsəyir.
Sink-64 isə əsasən qida vasitəsilə bədənə daxil olur. Bu xüsusiyyət izotop nisbətindən istifadə etməklə canlının qida zəncirindəki yerini mü
Lakin tədqiqatlar göstərib ki, bu göstərici meqalodonlar arasında dəyişkən olub.
Məsələn, Bavariyanın Passau şəhəri yaxınlığında tapılan qədim köpəkbalıqları əsasən qida zəncirinin aşağı pilləsində duran kiçik canlılarla qidalanıblar.