Yer kürəsində yeni maqnit qasırğası gözlənilir

07.09.2026

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəsmi saytında dərc olunan məlumatda bildirilir.

Mütəxəssislərin proqnozlarına əsasən, növbəti üç gün ərzində planetimizdə zəif maqnit dalğalanmaları hiss ediləcək. Belə ki, sentyabrın 7-də vəziyyət stabil olacaq, ayın 8-dən etibarən ilkin dalğalanmalar özünü göstərəcək. Sentyabrın 9-da isə Bakı vaxtı ilə saat 13:00-da maqnit qasırğasının planetimizə təsiri başlayacaq.

Bununla belə, təqdim olunan qrafiklər qasırğanın uzunmüddətli olmayacağını göstərir. Axşam saatlarına doğru geomaqnit fonunun tamamilə normallaşacağı və aktivliyin səngiyəcəyi gözlənilir.(Oxu.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью