Yer kürəsindəki ən böyük Mars daşı hərracda satılacaq

14.07.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Meteoritin 25 kq-lıq hissəsi "Sotheby's" hərracında təxminən 2-4 milyon dollara satılacaq.

Oxu.Az bildirir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Agentliyin məlumatına görə, "NWA 16788" nümunəsi asteroidlə toqquşma nəticəsində Marsdan qopduğu iddia edilən meteoritin bir hissəsidir. O 225 milyon km-dən çox yol qət edib və Sahara səhrasına düşüb. 2023-cü ilin noyabrında Nigerdə "meteorit ovçuları" tərəfindən aşkar edilib.

Daşın ölçüsü 375 × 279 × 152 mm-dir, onun tərkibində Marsda tapıla bilən bütün maddələrin təxminən 7%-i var.

Nyu-Yorkda keçiriləcək hərrac çərçivəsində həmçinin hündürlüyü iki metrdən çox, uzunluğu isə demək olar ki, üç metr olan gənc seratozavrın skeleti də hərraca çıxarılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью