Yer kürəsinin ətrafında son 25 ilin ən güclü radiasiya fırtınası qeydə alınıb | Icma.az
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yer kürəsinin yaxınlığında iki günəş dövrü ərzində ilk dəfə S4 səviyyəli radiasiya fırtınası baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKI RAN) Günəş Astronomiyası Laboratoriyası Telegram kanalında məlumat verib.
"Günəş protonlarının axını 10 000 vahiddən artıq olub! Son iki günəş dövründə ilk dəfə Yer kürəsinin ətrafında S4 səviyyəli radiasiya fırtın
S5 səviyyəsi yalnız nəzəri olaraq mövcuddur və müasir müşahidələr tarixində heç vaxt qeydə alınmayıb", - deyə mesajda qeyd olunur.
İKI RAN əlavə edib ki, indiyə qədər qeydə alınmış ən güclü radiasiya fırtınası keçən əsrdə baş verib.
Alimlərin məlumatına görə, o zaman günəş protonlarının axını təxminən 40 min vahid təşkil edib.
Bir neçə saat əvvəl Günəşdə sonuncu M sinifli güclü alovlanma baş verib.
Tam oxu
Xəbəri oxu