Yer kürəsinin qara qutusu tikilir

13.07.2026

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avstraliyanın Tasmaniya adasının qərb sahilində "Yer kürəsinin qara qutusu" tikiləcək.

Axşam.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Layihə iqlim böhranının nəticələrini qeydə almaq və bəşəriyyətin məhv olacağı təqdirdə bu məlumatları gələcək üçün qorumaq məqsədi daşıyır.

"Yer kürəsinin qara qutusu" 7,5 santimetr qalınlığında poladdan hazırlanmış, təxminən şəhər avtobusu ölçüsündə monolit olacaq. Konstruksiya istifadəsiz hava limanının ərazisində quraşdırılacaq. Tikintinin 2026-cı ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Monolitin daxilində temperatur göstəriciləri, dünya okeanının səviyyəsi, iqlim hesabatları, siyasətçilərin iqlim dəyişikliyi ilə bağlı bəyanatları və digər məlumatlar saxlanılacaq. Layihə müəllifləri onu zərər görməyən, məlumatları avtonom şəkildə qeydə alan qurğu adlandırırlar.

Layihənin adı təyyarələrdə qəzaların səbəblərini müəyyənləşdirməyə kömək edən "qara qutu"lardan götürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью