Yer kürəsinin sonu belə olacaq: Alimlər ilk qurbanları açıqladı

25.11.2026

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Yer kürəsinin oksigenlə zəngin atmosferi əbədi deyil. Alimlərin hesablamalarına görə, təxminən bir milyard ildən sonra planetdə həyat üçün ciddi təhlükə yaranacaq.

Moderator.az "TSN"-ə istinadən xəbər verir ki, NASA ilə əməkdaşlıq çərçivəsində 400 min simulyasiya aparan tədqiqatçılar Yer atmosferinin gələcəyini modelləşdiriblər.

Nəticələrə görə, Günəşin getdikcə daha çox istilik yayması Yer kürəsində iqlim dəyişikliklərinə, okeanların tədricən itirilməsinə və atmosferdə oksigenin kəskin azalmasına səbəb olacaq.

Bu prosesdə ilk zərər görənlər bitkilər olacaq. Fotosintez zəiflədikcə oksigen istehsalı azalacaq, atmosferdə metanın miqdarı isə artacaq.

Alimlər hesab edirlər ki, nəticədə Yer kürəsi oksigen baxımından indiki Marsa bənzər, mürəkkəb həyat üçün yararsız planetə çevrilə bilər. Bu dəyişikliklər Günəşin tədricən qızması ilə əlaqədardır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью