Yeraltı keçidi qoyub...

11.01.2025

Adelet.az saytına istinadən Icma.az xəbər verir.

Gəlin bir fikirlə razılaşaq ki, bu gün əksər piyadalar yeraltı və yerüstü  keçidi qoyub, nəqliyyat vasitələrinin sürətlə hərəkət etdiyi yoldan keçirlər.

Bu isə hər an ölüm deməkdir! Çünki hərəkətin intensiv olduğu yerdə yolun hərəkət hissəsinə çıxan piyadanı hər an avtomobil vura bilər. Təsadüfi deyil ki, ötən il  onlarla piyadanı təyin olunmamış yerdən keçdiyinə görə, avtomobil vurub, onların arasında ölənlər və xəsarət alanlar olub.  

Ümumiyyətlə, bir çox hərəkət iştirakçıları ya bilərəkdən, ya da bilməyərəkdən  yol hərəkəti qaydalarını pozur, nəticədə ağır faciələr baş verir!  Ona görə də birmənalı olaraq bütün hərəkət iştirakçıları  qaydalara əməl etməli, hər an, hər dəqiqə olmalıdır. Bu, hər bir insanın təhlükəsizliyinə xidmət etmiş olur!!!

Emil Faiqoğlu              

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью