Yerdə geomaqnit dalğası baş verəcək

26.10.2026

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


29-30 oktyabr tarixlərində Günəşə tac dəliyinin təsiri nəticəsində Yer kürəsində yeni bir geomaqnit qasırğası dalğası gözlənilir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası və Günəş Yer Fizikası İnstitutu (ISTP SB RAS) məlumat yayıb. Hazırda maqnit fırtınalarının ehtimalı aşağı qiymətləndirilsə də, qeyd olunan tarixlərdə güclənəcəyi istisna edilmir.
Məlumatda qeyd edilir ki, 28 oktyabr tarixindən etibarən Yer kürəsinin başqa bir tac dəliyinin zonasına daxil olması gözlənilir. Nəticədə Günəş küləyinin sürətinin maksimum 600 km/s-yə (normanın təxminən 50%-i) çatacağı gözlənilir.
Anar
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью