Yerdə həyat necə yaranıb? | Icma.az
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Lüdviq Maksimilian Universitetinin (Almaniya) bir qrup alimi “kimyəvi təkamül” mexanizminə əsaslanan Yer kürəsində həyatın mənşəyi haqqında yeni nəzəriyyə irəli sürüblər.
“Cebheinfo.az” xəbr verir ki, “Nature Communications” jurnalında dərc edilən araşdırma ilk DNT və RNT molekullarının təbiətdə necə öz-özünə çoxalda bildiyini ortaya qoyur.
Tədqiqatın əsas məqamları bunlardır: İdeal mühit Alimlər nuklein turşularının əmələ gəlməsi üçün uyğun şəraitin məsaməli qaya strukturlarında və ya mikro mağaralar kimi qapalı məkanlarda mövcud olduğunu irəli sürüblər.
Su və qazın rolu Bu boşluqlarda suyun qazlarla qarşılıqlı təsiri duzların konsentrasiyasında dinamik dalğalanmalara səbəb olub.
Bu proses DNT zəncirlərinin ayrılması və onların replikasiyası üçün kritik olduğunu sübut etdi.
Eksperimental məlumatlar Tədqiqatçılar müəyyən ediblər ki, laboratoriya şəraitində suyun DNT tərkibi 5 dəqiqə ərzində üç dəfə, duzların düzgün konsentrasiyası ilə isə bir saat ərzində 30 dəfə arta bilər.
Tapıntının əhəmiyyəti Kimyəvi təkamülün mümkünlüyünün təsdiqi Bu məlumatlar təsdiq edir ki, erkən Yerdə baş verən təbii proseslər mürəkkəb katalizatorlara və ya kənar müdaxilələrə ehtiyac olmadan həyatın yaranması üçün şərait yarada bilərdi.
Tam oxu
Xəbəri oxu