Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.
Oktyabrın 30-dan 31-nə keçən gecə Yerdə intensivliyi zəifdən ortaya qədər (G1-G2 səviyyəsində) dəyişən maqnit qasırğası başlaya bilər.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb.
Alimlərin hesablamalarına görə, son günlər müşahidə olunan yüksək geosintez aktivliyi nəhayət şənbə günü maqnit qasırrrası səviyyəsinə çatacq. Təxmini proqnozlara əsasən, təxminən 12-15 saat davam edəcək qasırrranın əsas tərəddüdləri oktyabrın 31-nin birinci yarısına təsadüf edəcək.
Mütəxəssislər əlavə ediblər ki, qasırrranın ilk saatlarında - oktyabrın 30-dan 31-nə keçən gecə müəyyən regionlarda qütb parıltılarının müşahidə olunması üçün şərait yarana bilər.
Zeynəb Rzayeva