Yerdəki həyat bu vaxt sonlana bilər

28.12.2024

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İlon Mask Günəşin 5 milyard ildən sonra partlayacağını, ona görə də bəşəriyyəti xilas etmək üçün yeganə şansın Marsın kolonizasiyası olduğunu deyən izləyicisinin tvitinə şərh verib. 

Redaktor.az xəbər verir ki, Mask cavabında  vaxtın çox az olduğunu söyləyib.

İlon Mask, Günəşin genişlənməsi səbəbindən Yerdəki həyatın 500 milyon il ərzində sonlacağını proqnozlaşdırmışdı

Biznesmenin sözlərinə görə, Günəş artıq genişlənir və bu, 500 milyon ildən sonra Yerin yox olması ilə nəticələnəcək ki, bu da izləyicinin göstərdiyi vaxtın 10%-nə uyğundur. Maskın digər izləyiciləri də bu istifadəçinin tvitinə cavab veriblər. Şərhçilər qeyd edirlər ki, təkcə Yer deyil, Mars da Günəşin ətrafında fırlanır, ona görə də ulduz partlasa, Qırmızı Planetdə heç kim və heç nə sağ qala bilməzdi.

Sevinc İBRAHİMZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью