Yerdənkənar sivilizasiya axtarışı gələcəyin Yer kürəsinin nümunəsinə əsaslanacaq | Icma.az
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Alimlər teleskop vasitəsilə texnoloji cəhətdən inkişaf etmiş xarici sivilizasiyaya məxsus hipotetik bir planetin necə görünə biləcəyini təsəvvür etməyə çalışıblar və bu məqsədlə Yer planetini nümunə götürüblər.
Onlar bəşəriyyətin gələcək inkişafına dair müxtəlif mümkün ssenarilərin siyahısını hazırlayaraq belə bir sual veriblər: həmin ssenarilərin hər birində yaşanılan planet necə aşkar edilə bilər?
Maraqlıdır ki, bəzi ssenarilərdə belə planet demək olar ki, nəzərə çarpmır.
Kosmosa göndərilən radiosiqnallardan əlavə, Yerin ağıllı sivilizasiya planeti olduğunu onun atmosferinin kimyəvi tərkibi də göstərir.
Onun “xüsusi əlamətləri” arasında freonlar - soyuducu və kondisionerlərimizdəki maddələr də var: onlar təbiətdə yaranmır, yalnız sənaye fəaliyyəti nəticəsində əmələ gəlir.
Deməli, başqa bir ekzoplanetin atmosferində eyni maddələrin aşkarlanması tarixi kəşf ola bilər.
Yer həmçinin digər kimyəvi texnosiqnaturalar - ağıllı varlıqların fəaliyyət izlərini də göstərir.
Tam oxu
Xəbəri oxu