Yerə baxa baxa yolu keçən gənc qız qəzadan son anda xilas oldu ANBAAN VİDEO

13.08.2025

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsində qayda pozan piyada görüntülənib.

Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 7-də saat 21:20 radələrində qeydə alınıb. Kadrdan da göründüyü kimi, gənc qız yolu təyin olunmamış yerdən keçərək həm özünü, həm də sürücünü təhlükəyə atıb. Üstəlik yola baxmayan piyada yaxınlaşmaqda olan avtomobili görməyib. Xoşbəxtlikdən görüntünü qeydə alan sürücü vaxtında siqnal verərək ona xəbərdarlıq edib. Bundan sonra piyada dayanıb və sürücü ona yol verdiyi üçün hərəkətinə davam edib. 

Qeyd edək ki, yaxınlıqda piyada keçidləri mövcuddur. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью