Yerə doğru naməlum yadplanetli kosmik gəmi gəlir

28.10.2025

Icma.az bildirir, Azpost portalına istinadən.

Astronomlar bəzi alimlərin yadplanetli kosmik gəmi olduğuna inandığı 3I/ATLAS kometində kəskin və gözlənilməz dəyişikliklər proqnozlaşdırıblar.

AzPost bildirir ki, bu barədə Live Science elmi jurnalının hesabatında deyilir.

Tədqiqatçılar hazırda teleskoplardan gizlənən  səma cisminin yaxın günlərdə yenidən görünəcəyini və ölçüsünü əhəmiyyətli dərəcədə artıracağını qeyd ediblər.

NASA-nın məlumatına görə, “3I/ATLAS bu həftə Günəşdən 210 milyon kilometr məsafəni keçdikdə sürətlə qaz buraxmağa başlaya bilər. “Kometa noyabrın əvvəlində teleskoplar tərəfindən yenidən göründükdə, iki ay əvvəlkindən daha böyük və daha parlaq görünə bilər”, – deyə hesabatda bildirilir.

Cismin 29 oktyabr çərşənbə günü Günəşə ən yaxın nöqtəyə çatacağı gözlənilir. Astronomlar daha sonra kometin Günəş sistemimizin çıxışına doğru hərəkət etməyə başlayacağını proqnozlaşdırırlar.

Xatırladaq ki, 3I/ATLAS 2025-ci ilin iyul ayının əvvəlində məlum olub. Alimlər Yerə doğru yüksək sürətlə və qeyri-adi trayektoriya üzrə uçan şəkildə kəşf ediblər. Harvard alimi Avi Loeb onun davranışının adi kometlərdən fərqli olduğuna görə, onun yadplanetli UNO olduğuna əmindir.

Daha əvvəl başqa bir alim onun kometa deyil, Yerə doğru uçan UNO olduğu qənaətinə gəlmişdi.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью