Yerə iki nəhəng asteroid yaxınlaşır Yeni Çağ Media

03.12.2024

Icma.az bildirir, Yenicag saytına əsaslanaraq.

3-4 dekabr tarixlərində Yerin orbitinə yaxın iki təhlükəli asteroid keçəcək.

Yenicag.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Məlumata görə, 2007 JX2 və 2020XR adlı asteroidlərin ölçüləri müvafiq olaraq 402.3 və 387.7 metrdir.

Alimlərin hesablamalarına görə, astreoidlər Nyu Yorkdakı “Empayr-Steyt-Bildinq” göydələni (381 m) hündürlüyündədirlər.

2007 JX2 Yerdən 5.5 milyon, 2020 XR asteroidi isə 2 milyon km aralı keçəcək.

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью