Yerə yaxınlaşan təhlükəli asteroidin şəkli çəkildi

04.04.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Ceyms Uebb teleskopu ilin əvvəlində Yerlə mümkün toqquşma haqqında təhlükəli proqnozlar səbəbindən diqqət mərkəzində olan 2024 YR4 asteroidinin şəkillərini çəkib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə NASA və Avropa Kosmik Agentliyinin saytlarında məlumat verilir.

Asteroid 2023-cü ilin sonunda aşkar edilmişdi və ilkin hesablamalar onun 2032-ci ildə planetimizlə toqquşma ehtimalını üç faiz göstərirdi. Lakin yeni müşahidələr trayektoriyanı dəqiqləşdirməyə imkan verib və alimlər riski sıfıra endiriblər.

Bununla belə, 2024 YR4 hər dörd ildən bir Yerə yaxınlaşır, buna görə də astronomlar onu izləməyə davam edirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью