“Yerə zibil atmayın” dedi, hücuma məruz qaldı ANBAAN VİDEO

15.11.2025

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin Zonquldak vilayətində təmizlik işçisi bir qrup şəxsin hücumuna məruz qalıb.
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, təmizlik işçisi gənclərin yerə zibil atdığını görərək onlara xəbərdarlıq edib.
 

Lakin gənclər onun bu xəbərdarlığına məhəl qoymayaraq, “təmizləməlisən” deyə cavab veriblər. Daha sonra mübahisə böyüyüb və gənclər təmizlik işçisinə hücum ediblər.


Hücumu törədən şəxslərin kimliyi hələlik müəyyən edilməyib. Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью