Yerətrafı kosmosda sirli obyekt aşkar edildi

21.07.2026

Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Astronomlar Günəş sistemindən keçən yeni ulduzlararası obyekt aşkarlayıblar.

Lent.az xəbər verir ki, ilkin müşahidələrə görə, obyekt Günəş sistemindən kənardan gəlib və yüksək sürətlə hərəkət edir.

Alimlər onun tərkibini, ölçüsünü və mənşəyini müəyyən etmək üçün dünyanın müxtəlif rəsədxanalarında müşahidələri davam etdirirlər.

Mütəxəssislərin fikrincə, bu cür obyektlər Günəş sisteminin yaranması və digər ulduz sistemləri haqqında yeni məlumatlar əldə etmək baxımından böyük elmi əhəmiyyət daşıyır.

Yaxın aylarda aparılacaq müşahidələrin obyektin təbiətinə aydınlıq gətirəcəyi gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью