Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Baku TV-də Türkiyənin cənub-şərqində, Şanlıurfa ərazisində yerləşən və təxminən 12 000 il yaşı olan arxeoloji abidə - Göbəkli-Təpə haqqında araşdırma materialı yayımlanıb.
Əsrlər boyu torpağın altında gizlənmiş bu möhtəşəm kompleks bəşəriyyətin ən qədim sirlərindən birini özündə saxlayır.
İlk dəfə 1960-cı illərdə sözügedən ərazidə qəribə daşlar tapılsa da, əhəmiyyəti bilinməyib.
Ta ki, 1994-cü ildə alman arxeoloq Klaus Şmidt buraya gəlib qazıntılara başlayana qədər.
Arxeoloqlar hesab edirlər ki, bu kompleks dini mərasimlər üçün istifadə olunub.
Burada insanların kollektiv şəkildə toplaşıb ayinlər keçirdiyini düşünürlər.
Kompleksdə daş üzərində dünyaya uşaq gətirən qadın təsvirinin tapılması, həqiqətən də unikaldır.