Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az "Sözcü" qəzetinə istinadən xəbər verir ki, xəzinədəki sikkələr, zinət əşyaları və bəzək əşyaları arasında yer alan iki nadir İsveç sikkəsi, bu növ sikkələrin dünya miqyasında məlum olan nümunələrinin sayını ikiqat artırıb.
Bu kəşf Rusiyanın Leninqrad vilayətindəki orta əsrlərə aid Tiverski Qorodok yaşayış məskənində edilib.
Qeyd edək ki, qazıntı işləri Rusiya Elmlər Akademiyasının Antropologiya və Etnoqrafiya Muzeyi və Sankt-Peterburqda yerləşən "Actual Archaeology" tədqiqat mərkəzinin mütəxəssisləri tərəfindən aparılıb. İlkin qiymətləndirmələr göstərir ki, xəzinə XII əsrin ikinci yarısı ilə XIII əsr arasında basdırılıb.
Aysel Muxtar