Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İran İnqilab Keşikçiləri Korpusu ilk dəfə olaraq yeraltında inşa edilən yeni ballistik raket bazasını ictimaiyyətə açıqlayıb.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, iddialara görə, qurğu onlarla kilometr uzunluğunda tunellərdən ibarətdir, ən azı 100 metr qalınlığında qranit təbəqəsinin altında yerləşir və nüvə hücumlarına davam gətirmək üçün nəzərdə tutulub.
Bazada minlərlə ballistik raket və yüzlərlə buraxılış sisteminin yerləşdirildiyi və obyektin xarici dünya ilə əlaqəsi kəsilsə belə, raket istehsalına və buraxılış əməliyyatlarına aylarla davam etmək üçün infrastruktura malik olduğu bildirilir.