Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Alimlər belə bir ehtiyac yaranarsa, dünya vaxtından bir saniyə çıxara bilərlər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "RIA Novosti"yə müsahibəsində Ümumrusiya Elmi-Tədqiqat Fiziki-Texniki və Radiotexniki Ölçmələr İnstitutunun baş direktoru Sergey Donçenko danışıb.
O, institutun əməkdaşı Vitali Palçikovun son illərdə Yerin fırlanma sürətinin çox sürətlə artdığı və bu effekti kompensasiya etmək üçün 2029-cu ilə qədər bir saniyəni çıxarmaq lazım olacağı barədə açıqlamasını şərh edib.
Donçenkonun sözlərinə görə, bir saniyənin əlavə edilməsi və ya çıxarılması kimi texniki tapşırıq uzun müddətdir ki, heç bir problem yaratmayıb.
O qeyd edib ki, Yer müntəzəm olaraq gah yavaşlayır, gah sürətlənir və hazırda sürətlənmə rejimindədir.
Ancaq alimlər bunun niyə baş verdiyini bilmirlər. "Mümkün səbəblərdən biri qlobal istiləşmə, buzlaqların əriməsi və su kütləsinin yenidən bö
"İndi Yer kürəsi istinir və onun daxilində güclənmiş proseslər gedir.