“Yerin hər zaman fərqli olacaq” VİDEO

28.08.2026

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bir müddətdir ekranlardan uzaq qalan tanınmış türkiyəli aktrisa Bensu Soral sosial şəbəkədəki son paylaşımı ilə pərəstişkarlarını kədərləndirib.
Demokrat.az
xəbər verir ki, aktrisa 18 il ərzində birlikdə yaşadığı və ən yaxın dostu hesab etdiyi “Sütlaç” adlı pişiyinin öldüyünü açıqlayıb.
Bensu Soral yaşadığı böyük acını paylaşdığı sözlərlə ifadə edib:
“Sən bizim sahibləndiyimiz ilk pişiyimiz idin. 18 il birlikdə olduq, birlikdə böyüdük. Ən gözəl xatirələrimizdə hər zaman sən varsan. Sənin sayəndə heyvansevər olduq. Bizə elə gözəl duyğular yaşatdın və elə yaxşı dost oldun ki... Yerin hər zaman fərqli olacaq.
Paylaşdığım son video sənin xəstəliyinin ciddi olduğunu öyrəndiyim ilk gündən qalan son xatirəmizdir. Həyat belədir... İndi rahatlığa qovuşduğunu bilirik, amma sənin üçün çox darıxacağıq. Səni həmişə gözəl xatırlayacağıq.
Varlığına təşəkkür edirəm, Sütlaçım. Bu vidalaşmanın reallığını qəbul etmək mənə hələ də çox çətindir. Hüzur içində uyu, gözəl qızım”.
Aktrisanın paylaşımından sonra izləyiciləri və məşhur dostları onunla həmrəy olaraq çoxsaylı başsağlığı mesajları yazıblar.
Jalə
Demokrat.az

 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью