Yerlər buna görə boş qalıb DİM sədri AÇIQLADI

06.10.2026

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Dövlət sifarişi əsasında ayrılan hər bir təhsil yeri bir gəncin təhsilinə dövlət tərəfindən verilən dəstəkdir. Bu imkanlardan maksimum dərəcədə tələbələrin xeyrinə istifadə olunmasını vacib hesab edirik".

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə sosial şəbəkə hesabındakı paylaşımda qeyd edib.

O bildirib ki, hər il ali təhsil müəssisələrinə qəbul aparıldıqdan sonra müxtəlif səbəblərdən dövlət sifarişi üzrə müəyyən sayda yer boş qalır.

"Bunun səbəblərindən biri dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanan bəzi şəxslərin xarici universitetlərdən təqaüd və digər imkanlar əldə edərək təhsillərini xaricdə davam etdirməyi seçmələridir.
Mövcud qaydalara uyğun olaraq boş qalan dövlət sifarişli yerlərə ödənişli əsaslarla qəbul olunmuş şəxslərin yerləşdirilməsi üçün müsabiqə aparılır.

Bu il həmin imkan nəticəsində bakalavriat səviyyəsində 1870, magistratura səviyyəsində isə 195 nəfər olmaqla, ümumilikdə 2065 tələbə ödənişli təhsildən dövlət sifarişi əsasında təhsilə keçmək imkanı qazanıb.

Bu mexanizm dövlətin təhsilin maliyyələşdirilməsi üçün yaratdığı imkanlardan daha çox gəncin yararlanmasına və boş qalan dövlət sifarişli yerlərinin yenidən tələbələrin təhsilinə yönəldilməsinə şərait yaradır.Bu imkanı qazanan bütün tələbələrimizi təbrik edir, onlara təhsillərində uğurlar arzulayıram", - deyə DİM sədri qeyd edib. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью