Yerli məşhurların “Dream Fest” tərzi Video

25.07.2026

Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən gün keçirilən “Dream Fest”in ikinci günü yerli məşhurların həm səhnə performansları, həm də fərqli geyim seçimləri ilə yadda qalıb.

Axşam.az xəbər verir ki, festivalın ikinci günündə səhnəyə Xalq artistləri Faiq Ağayev və Tünzalə Ağayeva, eləcə də müğənnilər Nigar Camal, Elnur Hüseynov və Dilara Kazımova çıxıblar.

Röya Zərgərli firuzəyi xalça üçün qara və çəhrayı tonların üstünlük təşkil etdiyi libas seçib. Sənətçi səhnəyə çıxmazdan əvvəl geyimini dəyişərək fərqli obrazda tamaşaçıların qarşısına çıxıb.

Faiq Ağayev isə imicində etdiyi dəyişikliklə diqqət çəkib. O, firuzəyi xalçada uzun saçlı görünüşü və bəzəkli kostyumu ilə obyektivlərə tuş gəlib. Daha sonra isə səhnəyə qara kostyum və buruq saçlarla çıxaraq fərqli obraz nümayiş etdirib.

Elnur Hüseynov qəhvəyi gödəkçə və açıq tonlu geyim kombinini seçərək zərif üslubu ilə seçilib.

Dilara Kazımova çoban üslubunu xatırladan geyimi ilə maraq doğurub. Müğənni səhnədə isə qırmızı libası və başındakı tacla fərqli görünüş sərgiləyib.

Nigar Camal da geyimi ilə gecəninf çəkən simalarından olub. O, Firuzəyi xalça üçün rəngli, transparan libasa üstünlük verib. Müğənni səhnəyə isə bodidə çıxaraq rəqsi və enerjili performansı ilə alqış toplayıb.

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью