Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İyunun 17-də Sərginin açılışın olub. Sərgi ilə bağlı Bizim Yol MMC-nin direktoru Bahəddin Həzi öz təəssüratlarını bölüşüb.
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi
O deyib: "Mən də sərgiyə qonaq kimi dəvətli idim. Getmişdim də. Ancaq açılışa o qədər çox qonaq gəlmişdi ki! Avtomobili park etməyə yer tapnadığımdan açılışa qatıla bilmədim. Sonrakı günlərdə işlərimin və başqa rəsmi tədbirlərin çox olması səbəbindən sərgiyə baş çəkə bilməmişdim. Amma iyunun 20-də - sonuncu gün sərgiyə ziyarətçi kimi getdim.
Açıq deyəcəm: bu dəfəki təşkilatçılıq keçənilkindən daha yüksək səviyyədə idi. Ziyarətçilərin sayı çox idi, həm də çox canlanma müşahidə etdim. 300-dən çox yerli şirkət bu sərgidə öz mallarını, məhsullarını, xidmətlərini nümayiş və təklif edirdi.
Tərəfdaşları ilə birlikdə Sərginin təşkilatçısı olan Marsol Group şirkətinin rəhbəri, Azərbaycan Milli İş Adamları Cəmiyyətinin (İCMA) İdarə Heyətinin sədri Tural Mustafayev stendləri bir-bir dolaşır, sahibkarlarla və ziyartçilərlə söhbət edirdi".
Bahəddin Həzi deyib ki, dövlətin də sərgiyə dəstəyi böyük olub:
Paylaşılan rəsmi məlumatlardan da göründüyü kimi, açılışda dörd nazir müavini, eləcə də, Kiçik və Orta Buznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov açılışda iştirak ediblər.
Sərgi iyunun 17-dən 20-ə qədər - 4 gün davam edib.
Günel Həsənova, Bizimyol.info