Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Türkiyə Statistika İnstitutunun (TÜİK) məlumatına görə, yerli turistlər ilin birinci rübündə ölkə daxilində səyahətlərə 102,3 milyard lirə xərcləyiblər. Bu keçən ilin eyni rübü ilə müqayisədə təxminən 34 faiz artım deməkdir.
Turistlər tərəfindən edilən bu daxili səyahətlər məqsədlərinə görə araşdırıldıqda, ailə ziyarətləri diqqət çəkir. Yerli turistlər “qohumları ziyarət etmək” kateqoriyasına aid səfərlərə 50 milyard 249 milyon 966 min lirə xərcləyiblər. Keçən ilin eyni dövründə bu səbəbdən 38 milyard 718 milyon 200 min türk lirəsi xərclənib.
Qohumları ziyarət etdikdən sonra ən çox xərclənən kateqoriya 33 milyard 31 milyon 536 min türk lirəsi ilə “səyahət, əyləncə və tətil” olub. 2025-ci ilin birinci rübündə bu kateqoriyaya 22 milyard 906 milyon 736 min türk lirəsi xərclənib.
Beləliklə, bu ilin birinci rübündə ümumi 102,3 milyard türk lirəsi xərcinin 83,3 milyardı ailə ziyarətlərinə və tətillərə xərclənib.
Sözügedən dövrdə “qohumları ziyarət etmək” üçün 9 milyon 652 min səfər edilib və nəticədə 54 milyon 651 min gecələmə olub.
Digər tərəfdən, yerli turistlər eyni dövrdə “görməli yerlər, əyləncə və tətil” məqsədilə 3.155.000 səyahət edib və 10.250.000 dəfə gecələyiblər.
M.MİRZƏ
XQ