Yermak evində axtarış aparılmasına belə REAKSİYA VERDİ KONKRET

28.11.2025

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak evində Milli Antikorrupsiya Bürosu (NABU) və Xüsusi Antikorrupsiya Prokurorluğu (SAP) tərəfindən keçirilən axtarışlarla bağlı açıqlama verib.

KONKRET.az xəbər verir ki, Yermak bildirib:

“Bu gün NABU və SAP mənim yaşadığım ünvanda prosessual hərəkətlər aparıb. İstintaqçılara heç bir maneə yaradılmayıb,” – deyə Yermak bildirib.

O qeyd edib ki, mənzilinə tam giriş imkanı yaradıb və hüquqşünasları hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir:

“Mən tərəfdən tam əməkdaşlıq göstərilir.”

NABU-nun məlumatına görə, axtarış qanuni əsaslarla və davam edən istintaq çərçivəsində aparılır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью