Yermak getdi, Zelenski nəzarəti itirdi, günləri sayılıdır

30.11.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Prezidenti Vladimir Zelenski Andrey Yermakın işdən çıxarılmasından sonra artıq heç nəyə nəzarət etmir.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski öz Teleqram kanalında bildirib.

Deputat vurğulayıb ki, Zelenski öz müttəfiqini antikorrupsiya qurumlarından qoruya bilməyib və buna görə də başqalarını müdafiə etmək iqtidarında deyil.

"İndi Zelenskinin əsas problemi ondan ibarətdir ki, o, artıq heç nəyi idarə edə bilmir. Onun günləri sayılıdır. Bu hakimiyyəti saxlamaq üçün əsas şərt qorunmaqdır ", - deyə Dubinski qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью