Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Ukraynanın baş danışıqçısı və Prezident Aparatının rəhbəri Andrey Yermak "The Atlantic"-ə verdiyi müsahibədə suveren Ukrayna ərazisinin verilməsinin sülh danışıqlarında qəbuledilməz olduğunu bildirib.
"Cebheinfo.az" xəbər verir ki,Ukraynanın baş danışıqçısı eksklüziv müsahibəsində bildirib ki, Zelenski ölkə prezidenti olaraq qaldığı müddətcə, sülh müqabilində torpaqdan imtina etməyə razı olmayacaq.
"Bu gün heç bir sağlam düşüncəli insan ərazilərdən imtina edən sənəd imzalamaz. Zelenski prezident olduğu müddətcə heç kim bizdən ərazilərdən imtina etməyimizi gözləməməlidir. O, ərazilərdən imtina edən müqavilə imzalamayacaq. Konstitusiya bunu qadağan edir. Heç kim Ukrayna konstitusiyasına və Ukrayna xalqına qarşı çıxmaq istəmədikcə bunu edə bilməz", - deyə o qeyd edib.
Xatırladaq ki, Zelenskinin ofis rəhbərinin evində axtarış ərazi güzəştlərindən imtina etməsi ilə bağlı açıqlamalardan sonra başladığı deyilir.
Xəzər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin