Yermakın yerinə 3 namizəd Zelenski yerdəyişmə edəcək

29.11.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Andrey Yermakın səs-küylü istefasından sonra Ukrayna Prezident Ofisinə rəhbərlik etməyə ən uyğun namizədlərin adı açıqlanıb.

Axar.az xəbər verir ki, bu barədə “Axios” öz versiyasını təqdim edib.

Nəşrin müxbiri Barak Ravid hesab edir ki, bu mühüm vəzifəyə üç namizəd təyin oluna bilər: müdafiə naziri Denis Şmıqal, Baş nazirin birinci müavini Mixail Fedorov və Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov.

“Ukrayna rəsmilərinin fikrincə, kadr dəyişiklikləri nəticəsində Fedorov həm də müdafiə naziri ola bilər”, - Ravid qeyd edib.

Qeyd edək ki, Yermak antikorrupsiya orqanlarının axtarışlarından sonra dünən, noyabrın 28-də istefa verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью