Yermakın yerini kim tutacaq?

05.12.2025

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, Ukrayna parlamentində və hökumətindəki mənbələrə istinad edən “Ukrainskaya pravda” nəşri belə məlumat yayıb.
“Ukrayna prezidenti Volodimir Zelenski Fyodorovun namizədliyinə meyl edirdi. Dekabrın d-də axşama olan məlumata görə, qərar demək olar ki, qərar qəti idi. Lakin dekabrın 5-də yayılan xəbərdə prezidentin hələ də bunu ölçüb-biçməkdə olduğu deyilir”, - mənbələr bildiriblər.
Hakimiyyətdə olan mənbə qəzetə açıqlamasında Ukrayna prezidenti ofisinin rəhbəri vəzifəsinə ən uyğun namizədlər sırasında sözügedən Mixail Fyodorovun, Müdafiə naziri Denis Şmıqalın, Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəisi Kiril Budanovun və prezident ofisi rəhbərinin hərbi məsələlər üzrə müavini Pavel Pavlisanın yer aldıqlarını söyləyib.
Korrupsiya qalamaqlı Andrey Yermaka da çatdı Dekabrın 4-də Zelenski, öz növbəsində, prezident ofisinin rəhbəri vəzifəsinə namizədlərlə əlavə görüşlər keçirdiyini açıqlayıb.
- Prezident ofisinin yeni rəhbəri vəzifəsinə namizədlərlə əlavə görüşlər keçirdim. Biz ofisin iş formatlarını və Ukraynanın maraqları üçün vacib olan digər dövlət qurumları ilə qarşılıqlı əlaqələri müzakirə etdik. Aparatın yeni rəhbəri ilə bağlı qərar tezliklə veriləcək”, - Ukrayna lideri demişdi.
Xatırladaq ki, Ukrayna prezidenti ofisinin keçmiş rəhbəri Andrey Yermak energetika sahəsində korrupsiyaya qarşı aparılan araşdırma fonunda noyabrın 28-də tutduğu vəzifədən azad edilib. Həmin gün səhər onun evində axtarış aparılıb.
İstevaya göndəriləndən sonra Andrey Yermak cəbəhəyə yollanacağını iddia etsə də, hələlik bununla bağlı heç bir məlumat yoxdur.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью