Yerüstü nəqliyyatın yeraltı yollara dəstəyi

14.08.2026

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Metro stansiyaları arasında 6 ekspres marşrut açılıb

“Bakı Metropoliteni” QSC-də xətlərin ayrılması layihəsi çərçivəsində metronun “28 May” və “Nizami” stansiyaları arasında qatarların hərəkəti avqustun 15-dən müvəqqəti dayandırılacaq.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, dəstəkləyici tədbir kimi, AYNA-nın təşkil etdiyi 6 yeni ekspres marşrut bu gündən fəaliyyətə başlayıb. M1 ekspres marşrutu metronun “Elmlər Akademiyası” və “28 May” stansiyaları, M2 marşrutu “İnşaatçılar”, “Nizami” və “28 May” stansiyaları, M3 marşrutu “20 Yanvar”, “Nizami” və “28 May” stansiyaları, M4 marşrutu “20 Yanvar” və “Koroğlu” stansiyaları, M5 marşrutu “20 Yanvar” və “Gənclik” stansiyaları, M6 marşrutu isə “Elmlər Akademiyası” və “Gənclik” stansiyaları arasında fəaliyyət göstərir.

AYNA-nın məlumatında bildirilir ki, eyni zamanda, 20 müntəzəm marşrutda (2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199, 202 nömrəli) avtobusların sayının artırılması həyata keçiriləcək. Avqustun 13-dən isə “28 May” Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan 32, 49, 120E və 125 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqələri dəyişdirilərək Səməd Vurğun bağının ətrafında təşkil edilib. Belə ki, 32 və 49 nömrəli marşrutların son dayanacağı Dilarə Əliyeva küçəsində, 120E və 125 nömrəli marşrutların isə Puşkin küçəsində təyin edilib.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью