Yeşilçam artıq bitib

30.10.2026

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türk kinosunun əfsanəvi aktyorlarından Ediz Hun Antalya şəhərində həyat yoldaşı ilə birlikdə qatıldığı tədbirdə jurnalistlərin suallarını cavablandırıb. 

Axsam.az xəbər verir ki, 85 yaşlı aktyor qocalmasından danışıb:

"İnsan yaşlandıqca tənhalaşır. Atama da "Çölə çıx, gəz" deyirdim. O isə "Kim qalıb ki, çıxım?" cavabını verirdi. Yaşlandıqda insan tək qalır. Buna görə də sosial mühit çox vacibdir".

Yeşilçam dövrünün tanınmış sənətçilərinin bir-bir dünyasını dəyişməsinə də toxunan Ediz Hun "Təəssüf ki, çox az dostumuz qalıb. Bu, əlbəttə, çox kədərlidir. Amma həyat belədir. Zamanı dayandırmaq mümkün deyil. "Yeşilçam" artıq bitib" sözləri əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью